Həzrət Əbülfəzl Abbas(ə) və Kərbəla şəhidləri barəsində olan bu simfoniya bazar günü, axşam Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən və Rauf Abdullayevin drijorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasında icra edilib.
Arannews- Məhərrəm ayı münasibəti ilə gənc iranlı bəstəkar Purta Xadim-in “Ələmdar” adlı simfoniyası Bakıda icra edilib .
Həzrət Əbülfəzl Abbas(ə) və Kərbəla şəhidləri barəsində olan bu simfoniya bazar günü, axşam Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən və Rauf Abdullayevin drijorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasında icra edilib .
Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin rəhbəri Rauf Abdullayev simfoniyanın icrasından sonra, bu əsəri yüksək qiymətləndirib və Azərbaycan Dövlət Simfonik Orkestrinin bu əsəri İranda da icra etməsini istəyib .
Purya Xadem də bu əsəri həzrət Əbülfəzl Abbasa(ə) həsr etdiyini deyərək, bu əsərin Azərbaycanda icra edilməsi barədə deyib: Bu əsəri, İrandan kənarda, Aşura mədəniyyəti ilə tanış olan ölkələrdə icra etmək istəyirdim .
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də İran və Azərbaycan incəsənət adamları arasında belə əməkdaşlıqların edilməsini son dərəcə qürurverici və mədəniyyət sahəsindəki əməkdaşlıqlara nümunə adlandırıb .
Möhsün Pakayin əlavə edib: Bu əsərin Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən İranda icra edilməsi üzrə hazırlıq işləri həyata keçirilir.