Tarix : 2015 Oct 27
Kod 46708

Suriyada döyüşən Azərbaycanli vəhhabilərin hökmi oxunub

Hökmə görə, Telman Bəkirov və Mübariz Tahirov hər ikisi 14 il müddətinə azadlıqdan məhrum eiliblər.

Arannews- Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb .

prosesə hakim Səbuhi Hüseynov sədrlik edib .

Prosesdə hökm oxunub. Hökmə görə, Telman Bəkirov və Mübariz Tahirov hər ikisi 14 il müddətinə azadlıqdan məhrum eiliblər .

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

  • Yazılıb
  • da (də) 2015 Oct 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər