Tarix : 2015 Oct 27
Kod 46709

ATƏT-in Minsk qrupunun həmsədrləri `Dağlıq Qarabağ`a səfər ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə görüşlərdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gediblər.

Arannews- "Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda de-fakto rəhbərliklə görüşəcək".

bu sözləri qrupun amerikalı həmsədri Ceyms Uorlik "twitter" hesabında yazıb. O, daha sonra həmsədrlərin təmas xəttini keçəcəklərini qeyd edib .

Xatırladaq ki, həmsədrlərin regiona səfəri ötən gün başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə görüşlərdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gediblər. Həmsədrlərin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə görüşləri sabaha planlaşdırılır.

  • Yazılıb
  • da (də) 2015 Oct 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər