Tarix : 2015 Oct 27
Kod 46711

Ərəbistanda şiələrin məscidində baş verən terror aktı nəticəsində ən azı 4 nəfər şəhid olub, 30 nəfərdən artıq insan isə yaralanıb

Dünən axşam Ərəbistanın sərhədyanı Nəcran şəhərində yerləşən “ƏL-Məşhəd” məscidində bir kamikadze özünü namaz qılan insanların arasında partladıb.

Arannews- Ərəbistanın Nəcran şəhərində bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb .

dünən axşam Ərəbistanın sərhədyanı Nəcran şəhərində yerləşən “ƏL-Məşhəd” məscidində bir kamikadze özünü namaz qılan insanların arasında partladıb .

Məlumata görə, yaralıları daşımaq üçün partlayış yerinə tələsən Təcili Tibbi Yardım avtomobillərinin səsləri eşidilib və yerli rəsmilər əhalini hadisədən zərər çəkənlərə yardım etmək üçün qan verməyə çağırıblar .

Namaz qılanlar “Dəhze” rayonundakı “ƏL-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb.

 



  • Yazılıb
  • da (də) 2015 Oct 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər