Dünən axşam Ərəbistanın sərhədyanı Nəcran şəhərində yerləşən “ƏL-Məşhəd” məscidində bir kamikadze özünü namaz qılan insanların arasında partladıb.
  
Arannews- Ərəbistanın Nəcran şəhərində bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb  . 
 dünən axşam Ərəbistanın sərhədyanı Nəcran şəhərində yerləşən “ƏL-Məşhəd” məscidində bir kamikadze özünü namaz qılan insanların arasında partladıb  . 
 Məlumata görə, yaralıları daşımaq üçün partlayış yerinə tələsən Təcili Tibbi Yardım avtomobillərinin səsləri eşidilib və yerli rəsmilər əhalini hadisədən zərər çəkənlərə yardım etmək üçün qan verməyə çağırıblar  . 
 Namaz qılanlar “Dəhze” rayonundakı “ƏL-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb.