İŞİD terror qruplaşması dünən axşam 26 oktyabr Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərindəki şiələrə aid məsciddə törədilən terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Arannews- İŞİD terror qruplaşması öz “Twitter” səhifəsində namaz qılanları müşrik, məscidi isə məbəd adlandıraraq, insidentlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib .
Terror qruplaşması öz səhifəsində yazıb: Bu partlayış İŞİD-in ünsürlərindən olan Əbu İshaq əl-Hicazi tərəfindən törədilib .
Ərəbistanın bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb .
Namaz qılanlar Dəhze rayonundakı “ƏL-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb.