Suriya ordusu Rusiyadan "rusiya cəhənnəmi" ləqəbi ilə məhşur olan, yandırıcı silahını almasının ardınca, dağlıq məntəqə olan Laziqiyyədə irəliləməyə və terrorçu qruplaşmaların, məxsusən İŞİD terrorçularının...
Arannews- Suriya ordusu Rusiyadan "rusiya cəhənnəmi" ləqəbi ilə məhşur olan, "Tus 1 Y" yandırıcı silahını almasının ardınca, dağlıq məntəqə olan Laziqiyyədə irəliləməyə və terrorçu qruplaşmaların, məxsusən İŞİD terrorçularının hərbi hissələrini aradan aparmağa nail olublar.
Sovet zamanında olan "Buratino"nun təkmilləşmiş forması olan və "T-72" tankının üzərində qərarlaşan bu silah, hər dəfə 24 güllə atəş açır və hədəfə dəydiyi zaman havada olan oksigeni yandıraraq düşmən ordusunu məhv edir. Bu proses isə bir neçə saniyə ərzində baş verir. Qeyd olunan termobarik silah, hədəfə alınan bütün ərazini yandırır və hətta yeraltı sığınacaqlar da ondan təhlükəsizlikdə deyil. Çünki, partlayış zamanı havanı və ətrafın oksigenini bütövlükdə yandırır. Bu hesabatlara əsasən, döyüşlər zamanı qeyd olunan silhlardan istifadə olunması ilə vəziyyəti Suriya ordusunun xeyirinə dəyişmiş və onları hücumlarının davamlı olmasına zəmin yaratmışdır.