Tarix : 2015 Oct 28
Kod 46714

Fransa mediasının Suriya prosesləri barədə hesabatı:

İran və Rusiya, Ərəbistan, Türkiyə və Amerika ilə qarşı-qarşıya

Sanki Vyana problem və böhranların həll olunması məkanıdır. Bir vaxtlar paytaxt Vyana İran nüvə məsələlərini barədə danışıqlar aparma yeri idisə, bu gün Suriya danışıqları üçün qonaq evidir.

Arannews- Fransa 5-ci kanalının Suriya məsələləri ilə bağlı verdiyi ən yeni hesabatlara əsasən, paytaxt Vyanada Rusiya, Ərəbistan, Türkiyə və Amerika dördülü arasında görüş keçirilib.  Sanki Vyana problem və böhranların həll olunması məkanıdır. Bir vaxtlar paytaxt Vyana İran nüvə məsələlərini barədə danışıqlar aparma yeri idisə, bu gün Suriya danışıqları üçün qonaq evidir.

Dörd il daxili müharibədən sonra bu ölkələrin bir araya gəlməsi onu göstərir ki, bu böhran özünə beynəlxalq cilvə alıb. Buna dəlil isə, Suriya proseslərində ciddi dəyişikliklər yaradan bu ölkədəki Rusiya ordusunun olmasıdır. Bundan əlavə Suriya prezdenti Bəşər Əsəd, bir neçə dost olkələrlə o cümlədən İran rəsmiləri ilə görüşlər keçirib. Cümə günü isə Rusiya prezdenti Vladimr Putin, Soçidə İran parlamentinin spikeri Əli Laricani ilə görüşüb.

Putin, bu görüşdə İranın terrorizmlə mübarizədə böyük rol oynadığını deyib. Daha sonra isə qeyd edib: Biz iranla Suriya və İraqda birgə həmkarlığımızı yüksək qiymətləndiririk .

Laricani də bu görüşdə vurğulayıb: Sizin (Rusiyanın) regiondakı rolunuz çox məsuliyyətlidir. Biz sizin, regionda təhlükəsizliyin və sabitliyin bərqərar olunması üçün atdığınız addımları təqdirə layiq hesab edirik.

Suriyada terrorçu üsyançılara hərbi hərbi və maliyyə yardımı edən Türkiyə və Ərəbistanın nəzərinə görə, Rusiya ordusunun Suriya olması, böhranı daha da artıracaq.

Ərəb dünyasının siyasi və ictimayi ekspertlərindən olan Süleyman Zəğidur, Fransanın 5-ci kanalına verdiyi müsahibədə deyir: Rusiyanın Suriyada ortaya qoyduğu strateqiya, müvəffəqiyyətli olmağı nəzərə çarpır. Bu strategiya bir növ polis oyunlarına bənzəyir. İndiki şəraitdə, böyük güclərin maliyyələşdirdiyi İŞİD terrorçularını bombalamağa cürət istəyir.

Ekspert sözlərinə belə davam edir: Qırmızı xmerlərdən sonra, vəhşilikdə bərabəri olmayan dünyada ikinci qruplaşma İŞİD-dir. Hələ ki, Rusiyanın apardığı fəaliyyətlərin qələbəsi üstünlük təşkil edir. İndiyə qədər heç bir Rusiya təyyarəsi nə vurulub nə də (Amerikanın əksinə olaraq) səhv yeri bombalayıb. 

  • Yazılıb
  • da (də) 2015 Oct 28
  • Göndərən مدير سايت Aran News
Açar sözlər