Tarix : 2015 Oct 28
Kod 46717

Atəşkəsin pozulması ATƏT-in Minsk qrupunun həmsədrlərini daldalanmağa məcbur etdi

Ceyms Uorlik : "Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir",

Arannews- “ATƏT-in təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulması yolverilməzdir ”.

bu  barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb .

"Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir", - deyə həmsədr bildirib .

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi həmsədrlərin Tərtər rayonu ərazisində monitorinq zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açıldığı barədə məlumat yayıb .

Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.

  • Yazılıb
  • da (də) 2015 Oct 28
  • Göndərən مدير سايت Aran News
Açar sözlər