Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Şeyx Nimr əl-Nimrin qardaşı və bu yaxınlarda ölüm cəzasına məhkum edilən Əli əl-Nimrin atası Mohəmməd əl- Nimrin ölkənin şərqində yerləşən Əl-Əvamiyyə bölgəsində həbs ediblər.
Arannews- Ərəb mənbələri Ərəbistanın görkəmli şiə alimi Şeyx Nimr əl-Nimrin qardaşının həbs edildiyi haqda məlumat yayıb .
ötən gün bir sıra xəbər mənbələri ərəbistanlı görkəmli şiə alimi Şeyx Nimr əl-Nimrin qardaşının Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı haqda xəbər verib .
Məlumata görə, Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Şeyx Nimr əl-Nimrin qardaşı və bu yaxınlarda ölüm cəzasına məhkum edilən Əli əl-Nimrin atası Mohəmməd əl- Nimrin ölkənin şərqində yerləşən Əl-Əvamiyyə bölgəsində həbs ediblər .
Məhəmməd əl- Nimrin həyat yoldaşı öz “Twitter” səhifəsində yazıb ki, Mohəmməd əl- Nimr Əl-Əvamiyyə rayonunun Polis İdarəsində saxlanılır və Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin bu addımı hələlik qeyri-müəyyən olaraq qalır .
Ərəbistan və Avropa İnsan Hüquqları Təşkilatının rəhbəri “Əli əl-Dobeysi” bu xəbərə münasibət bildirərkən öz “Twitter” səhifəsində yazıb ki, Ərəbistan rejiminin bu addımı narahatlıq doğurur .
O əlavə edib: Mohəmməd əl- Nimrin öz ailəsinin mətbuat nümayəndəsinə çevrildiyini nəzərə alaraq, bu həbs qərarı Şeyx Nimrin və Əli əl-Nimrin edam hökmünün icrası məqsədilə qabaqlayıcı tədbir ola bilər .
Ərəbistan rejimi keçən il də Mohəmməd əl- Nimri müəyyən bir müddətə həbs etmişdi .