Ədalət və İnkişaf Partiyasının tərəfdarı və Yeni Akit qəzetinin təhlilçisi Əbdürrəhman Dilipakın dediklərinə görə Türkiyədə prezidentlik sisteminin qurulması ilə ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan sünni məzhəbli müsəlmanların xəlifəsinə çevriləcək.
AranNews - Ədalət və İnkişaf Partiyasının seçki dairəsinin Kanadanın Toronto şəhərində keçirdiyi iclasında çıxış edən Əbdürrəhman Dilipak iddia edib ki, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan parlament quruluşunun yerinə tutacaq prezidentlik sistemində xəlifəyə çevriləcək və əhli-sünnə müsəlmanların rəhbəri olacaq.
Yeni Akit qəzetinin təhlilçisi Əbdürrəhman Dilipak deyib: "Prezident sarayının otaqları xilafətin əhatəsində olan xalqların nümayəndələri üçün açıq olacaq və Türkiyənin prezident sarayı xilafətə tabe olan müxtəlif ölkələrin nümayəndələrinin iştikar yerinə çevriləcək".
O, konstitusiyaya görə xilafət sisteminin aradan qalxmadığına işarə edərək, Türkiyədə prezidentlik quruluşu təşkil olunduqdan sonra xilafətin parlamentə köçməsini deyib.
Dilipak artırıb: "Rəcəb Təyyib Ərdoğan hökumət sistemini prezidentlik quruluşuna dəyişdirə bildiyi surətdə hakimiyyəti altında olan məntəqələrdən müşavirlər seçəcək və islami müttəhid millətlərin bütün nümayəndələri üçün prezident sarayında 1005 ofis veriləcək".
Dilipak bunu da deyib ki, Ərdoğan müsəlman xalqları üçün müşavirlər təyin edəcək. Ərdoğan çoxdandır ki, Türkiyədə prezidentlik sistemi qurmaq fikrindədir.
Bundan qabaq da regionun bir sıra siyasi təhlilçilər Ərdoğanı Qərbi Asiyada Osmanlı imperiyasını yenidən qurmaqda ittiham etmişdilər.