Tarix : 2015 Oct 29
Kod 46724

İslam Əməkdaşlıq Təşkilatı Şeyx Nimrin edamına mane olsun

dini xadimin edam edilməsi İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin, o cümlədən Səudiyyə Ərəbistanının (Təşkilatın baş ofisinə ev sahibliyi edən ölkə) də qoşulduğu Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin prinsipləri və Siyasi-Mədəni-Sosial İqtisadi Paktların şərtlərilə aşkar ziddiyət təşkil edir.

AranNews - İranda sünni və şiələrdən ibarət bir qrup professor, ziyalı və mədəni-ictimai fəallar İslam Əməkdaşlıq Təşkilatının baş katibinə və digər beynəlxalq təşkilatların rəhbərlərinə məktub ünvanlayaraq, bu amansız və ədalətsiz hökmün icrasının qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırıblar .

məktubda deyilir :

İslam Əməkdaşlıq Təşkilatının möhtərəm baş katibi

Cənab  İyad bin Əmin əl-Mədəniyə

Salam

Biz, aşağıda imza edənlər şiə və sünni də daxil olmaqla 100-dən çox müsəlman professorlar, hüquq müdafiəçiləri və ictimai fəallar olaraq Səudiyyə Ərəbistanda insan haqlarının və azlıqların hüquqlarının dinc müdafiəçilərindən biri Şeyx Nimrin edam edilməsi xəbərindən olduqca kədərlənmişik .

Bildiyiniz kimi, düşüncələrini ifadə etmək və ya dinc aksiyalarda iştirak etdiyinə görə insanları öldürmək insan ləyaqətinə, onun ayrılmaz və təbii hüquqlarına ziddir və İslam İslam dinin hüquq prinsipləri ilə də ziddiyyət təşkil edir- Qahirə bəyannaməsi və İslam Əməkdaşlıq Təşkilatı (İslam Konfransı) tərəfindən İnsan Hüquqları Bəyannaməsində də bir daha təsdiq edilən prinsiplər .

Digər tərəfdən, dini xadimin edam edilməsi İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin, o cümlədən Səudiyyə Ərəbistanının (Təşkilatın baş ofisinə ev sahibliyi edən ölkə) də qoşulduğu Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin prinsipləri və Siyasi-Mədəni-Sosial İqtisadi Paktların şərtlərilə aşkar ziddiyət təşkil edir .

Zati-alilərindən xahiş edirik ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrdə insan hüquqları, vətəndaş və azlıqların hüquqları ilə bağlı məsələlərə daha məsuliyyətlə yanaşsın və Ərəbistan rəhbərliyi ilə təmaslar quraraq, bu amansız və ədalətsiz hökmün icrasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görsün və lazım olduqda, digər beynəlxalq təşkilatların, o xümlədən BMT-nin, İnsan Hüquqları Komitəsinin və başqa oxşar qurumların imkanlarından Səud rejimini bu insafsız hökmə yenidən baxmağa təşviq etmək üçün istifadə etsin. Sizə belə bir mühüm vəzifəni daşımaqda uğurlar arzulayırıq .

 

Surəti :

-BMT-nin baş katibi cənab Pan Gi Mun

-İnsan Hüquqları üzrə Ali Komissarlıq

- “Amnesty International” Təşkilatı

- Ərəb Liqasının baş katibi

- İƏT baş direktoru

- İİR-nın Xarici İşlər Naziri cənab Zərif bu ərizəni sözügedən Beynəlxalq Təşkilatlara çatdırmaq üçün

  • Yazılıb
  • da (də) 2015 Oct 29
  • Göndərən مدير سايت Aran News
Açar sözlər