politoloq Qabil Hüseynli zirvə toplantısında Transxəzər qaz kəməri layihəsi istiqamətində müsbət addımların atıla biləcəyiini...
AranNews - Antalyada G20 ölkələrinin sammitində müasir dünyanın qlobal iqtisadi problemləri müzakirə ediləcək, böhrandan çıxış yolları haqda geniş fikir mübadiləsi aparılacaq .
Bu sözləri politoloq Qabil Hüseynli Türkiyədə baş tutacaq G20 ölkələrinin Zirvə Toplantısı haqda danışarkən deyib .
Ekspert zirvə toplantısında Transxəzər qaz kəməri layihəsi istiqamətində müsbət addımların atıla biləcəyini söyləyib .
Onun sözlərinə görə, sammit çərçivəsində Obama və Putin Suriya problemini yenidən müzakirə edəcəklər. Analitik güman edir ki, Yaxın Şərq problemi ilə bağlı danışıqlara Fransa, İngiltərə və başqa dövlətlər də qatıla bilər .
“İqtisadi problemlərlə yanaşı siyasi böhran məsələsi də gündəmdə olacaq. Qonaq statusunda iştirak etməsinə baxmayaraq Azərbaycan prezidenti dünya dövlətlərinin başçıları ilə görüşlər keçirəcək .
Azərbaycanın gündəmində enerji problemləri, neft ixracı və təbii qazın Avropa bazarlarına çıxarılması, xüsusilə də Transxəzər qaz kəməri layihəsi olacaq”, - deyə Q.Hüseynli vurğulayıb .