Tarix : 2015 Oct 31
Kod 46735

Hüquq müdafiəçisi Qarabağda saxlanılan azərbaycanlı girovlarin müdafiəsinə qalxdı

Hüquq müdafiəçisi bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Oxancanyan və assambleyanın üzvü Svetlana Cangiryan artıq iki dəfə erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib: “Karen Oxancanyan görüş zamanı “qətl”in Dilqəm və Şahbaz tərəfindən törədilmədiyinə əmin olduğunu bildirdi. O dedi ki, hər iki şəxs kimisə öldürəcək insanlar deyillər...

Arannews- Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva Qarabağda saxlanılan azərbaycanlı girovlarla bağlı daha bir məlumatı bölüşüb .

Hüquq müdafiəçisi bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Oxancanyan və assambleyanın üzvü Svetlana Cangiryan artıq iki dəfə erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib :

 Karen Oxancanyan görüş zamanı “qətl”in Dilqəm və Şahbaz tərəfindən törədilmədiyinə əmin olduğunu bildirdi. O dedi ki, hər iki şəxs kimisə öldürəcək insanlar deyillər. Dilqəm və Şahbaz erməninin onlarla birlikdə Kəlbəcərə gedən Həsən Həsənov tərəfindən öldürüldüyünü deyiblər. Bu səbəbdən də Karen Oxancanyan xahiş edib ki, iş yenidən araşdırılsın ”.

A.Abdullayeva məsələnin hələlik bu məqamda qaldığını bildirib: “Karen Oxancanyan mənə dedi ki, erməni “məhkəmə”si “qərar” qəbul etdiyindən müəyyən müddət gözləmək lazım gələcək, çünki, ortada qətl var .

Buna baxmayaraq Avropa Şurası, həmçinin Avropa siyasətçiləri, beynəlxalq hüquq təşkilatları vaxtaşırı bu məsələni qaldırırlar ”.

Xatırladaq ki, ermənilərin təşkil etdiyi “məhkəmə prosesi”ndə Şahbaz Quliyev 22 il, Dilqəm Əsgərov isə ömürlük həbs cəzasına məhkum olunub. Həmvətənlərimiz bir ildən çoxdur həm girov, həm də məhbus həyatı sürürlər.

  • Yazılıb
  • da (də) 2015 Oct 31
  • Göndərən مدير سايت Aran News
Açar sözlər