Tarix : 2015 Oct 31
Kod 46737

Araz Quliyev: "əzyiqlər artdıqca bizim mübarizəmiz daha da güclənəcəkdir"

həbsdə olan baş redaktoru: "Mən buradan adiyyatı qurumlara və ictimaiyyət nümayəndələrinə səslənirəm. Mətbuat ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün bir səbəbdir. Mətbuat nümayəndələri ölkədəki bütün nöqsanları hər artan sahəsindən asılı olmayaraq gördüklərini yazmalı, qələmə almalıdır və yazdıqlarını mətbuat səhifələrinə çıxarıb səlahiyyətli orqanları, bu nöqsanları aradan qaldırmağa çağırmalıdır. Onlar da mətbuatın xəbərdarlığını eşidib həmən nöqsanı aradan qaldırmağa çalışmalı və bu sahəyə nəzarəti daha da gücləndirməlidir. Əgər belə olarsa böyük mütəfəkkirlər demişkən mətbuat xalqın danlanan dili, görən gözü, eşidən qulağı olar...

Arannews- Hal-hazırda Qobustanda qapalı tipli həbsxanada (krıtı) məhbus həyatı yaşayan,"Cenubnews.com" internet qəzetinin təsisçi-baş redaktoru Araz Quliyev yeni məqalə göndərib.

Məqaləni təqdim edirik:

"Mən buradan adiyyatı qurumlara və ictimaiyyət nümayəndələrinə səslənirəm. Mətbuat ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün bir səbəbdir. Mətbuat nümayəndələri ölkədəki bütün nöqsanları hər artan sahəsindən asılı olmayaraq gördüklərini yazmalı, qələmə almalıdır və yazdıqlarını mətbuat səhifələrinə çıxarıb səlahiyyətli orqanları, bu nöqsanları aradan qaldırmağa çağırmalıdır. Onlar da mətbuatın xəbərdarlığını eşidib həmən nöqsanı aradan qaldırmağa çalışmalı və bu sahəyə nəzarəti daha da gücləndirməlidir. Əgər belə olarsa böyük mütəfəkkirlər demişkən mətbuat xalqın danlanan dili, görən gözü, eşidən qulağı olar.

Amma çox təəssüflər olsun ki, xalqın dilini lal, gözünü kor etmək istəyənlər hələdə öz əməllərindən əl çəkmirlər. Cənub bölgəsində fəaliyyət göstərən, baş redaktoru olduğum "Cenubnews.com" internet qəzetini buna nümunə göstərmək olar. Bu yaxınlarda mənə bildirildi ki, Masallı rayon icra başçısı Rafil Hüseynov "Cenubnews.com" internet qəzetini məhkəməyə verərək beş min manat təzminat tələb edib. Səbəb isə aydındır. "Cenubnews.com" internet qəzeti dövlət büdcəsindən Masallı rayonuna ayrılan pulların xərcləməsində şəffaflığı araşdırmış və bu sahədə ki, nöqsanları mətbuat səhifələrinə çıxarmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ayrılan pulların xərclənməsində şəffaflıq yoxdur. Pullar lazımsız yerlərə xərclənir, kanalizasiya, su borusu çəkilişi adı ilə məhəllələr arası yollar, asfalt örtükləri dağıdılır, sonradan yollar bərpa olunmur. Mərkəzi küçələrdə keyfiyyətsiz işlər aparılır. Nəticədə Masallı rayon Fizuli küçəsində Cümə məscidinin qarşısı, Masallı şəhəri ilə Ərkivan qəsəbəsi arasında yollar yağış yağan kimi su dəryaçasına dönür. Park bulvar adı ilə "Viləş çayı" ətrafına yüzminlərlə manat pul xərclənir, ağac əkilir və bir balaca çayın suyu artan kimi bu pullar göyə sovrulur və s. Bu siyahını daha çox artırmaq olar. İcra başçısı Rafil Hüseynov da bu tənqidi yazılardan qəzəblənərək bu addımı atmış və demək olar ki, ölkə başçısı İlham Əliyevin son göstərişlərini heçə saymışdır. Əgər yadınızdadırsa prezident İlham Əliyev son çıxışlarında xalqdan ictimayyi nəzarətin gücləndirilməsini istəmişdir. Bəs ictimai nəzarət necə olmalıdır? Əgər ictimai nəzarət edənlər təzyiqlərə məruz qalırlarsa, cərimələnirlərsə, şərlənib həbsə atılırlarsa onlar baş verənlərə necə nəzarət etsinlər? Yoxsa icra başçıları, səlahiyyətli dairələr ictimayi nəzarətin yalnız təriflərdən ibarət olduğunu başa düşürlər? Onlar bilməlidir ki, belə təzyiqlərlə bizi bu yoldan döndərə bilməyəcəklər. Təzyiqlər artdıqca bizim mübarizəmiz daha da güclənəcəkdir.

Yuxarıda yazılanları nəzərə alıb adiyyatı qurumların, ictimaiyyət nümayəndələrinin bu sahəyə diqqəti artırmağa, mətbuatı boğanlara qarşı lazımlı addımları atmağa çağırıram. Oxucularımıza isə təşəkkür edib, onlardan dəstəklərini daha da artırmağı xahiş edirəm ".

  • Yazılıb
  • da (də) 2015 Oct 31
  • Göndərən مدير سايت Aran News