Tarix : 2015 Nov 01
Kod 46740

Bəhreynidə hakimiyyətə qarşı genişmiqyaslı aksiya keçirildi

On minlərlə bəhreynlinin iştirak etdiyi aksiyada başda Bəhreyn Milli Vəfaq Cəmiyyətinin sədri Şeyx Əli Salman olmaqla bütün həbs olunanların tez bir zamanda sərbəst buraxılması tələb edilib.

Arannews- Bəhreyn xalqı haqsız yerə həbs olunan həmyerlilərinə dəstək nümayiş etdirmək məqsədilə genişmiqyaslı aksiya təşkil edib.

 On minlərlə bəhreynlinin iştirak etdiyi aksiyada başda Bəhreyn Milli Vəfaq Cəmiyyətinin sədri Şeyx Əli Salman olmaqla bütün həbs olunanların tez bir zamanda sərbəst buraxılması tələb edilib. Əllərində Şeyx Əli Salmanın şəkillərini tutan nümayişçilər Bəhreyn hökuməti və məhkəməsinə qarşı tənqidi şüarlar səsləndiriblər. Nümayişçilər həmiçinin Səudiyyənin şiə dini liderlərindən olan Ayətullah Baqir Nimr haqqında verilən edam hökmünü qınayaraq, bu hadisələrin nəticələrinin ağır olacağı barədə Səudiyyə rejiminə xəbərdarlıq ediblər .  

  • Yazılıb
  • da (də) 2015 Nov 01
  • Göndərən مدير سايت Aran News