Tarix : 2015 Nov 01
Kod 46743

Bu gün Azərbaycan Respublikasinda V çağırış Milli Məclisə seçkilər keçirilir

Səhər saat 8:00-da səsverməyə start veriləcək, saat 19:00-da isə səsvermə bitəcək.

Arannews- Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir .

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır .

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir .

Səhər saat 8:00-da səsverməyə start veriləcək, saat 19:00-da isə səsvermə bitəcək .

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir .

Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək.


  • Yazılıb
  • da (də) 2015 Nov 01
  • Göndərən مدير سايت Aran News