Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, bu seçkidə ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək.
  Arannews Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilir.
 səsverməyə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) start verilib.
 Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, bu seçkidə ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da  Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. 
 Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.