Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin 55, 7 faizi səs verib və seçkilər baş tutmuş sayılır.
Arannews- “Azərbaycanda seçkilər baş tutub”.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin 55, 7 faizi səs verib və seçkilər baş tutmuş sayılır.
R. Gülmməmmədov qeyd edib ki, Naxçıvanda 7 seçki dairəsi üzrə seçici fəallığı 76,4 faiz, Bakıdakı dairələr üzrə seçici fəallığı 51,4 faiz, digər 89 rayon üzrə seçici fəallığı 55,7 faiz olub.
Onu da qeyd edək ki, Milli Şura seçki nəticələrini tanımadıqları barədə bəyanat verib. Bəyanatda seçki zamanı saxtakarlıqlara yol verildiyi və seçki nəticəsinin əvvəlcədən təyin olunduğu iddia olunub.