Yəmən Ali İnqilab Komitəsi yaydığı bəyanatda bildirib ki, bu həftə Sionist İsrail rejiminin Yəmənin daxili işlərinə qarışmasına və bu rejimin Yəmənə hərbi təcavüzdə birbaşa iştirak etməsinə qarşı kəskin etiraz məqsədilə kütləvi yürüşlər keçiriləcək.
Arannews- Yəmənin Ali İnqilab Komitəsi ölkə əhalisini Sionist rejiminin Yəmənin daxili işlərinə qarışmasını və bu ölkəyə qarşı təxribatlarına qarşı kütləvi etirazlara çağırıb .
Yəmən Ali İnqilab Komitəsi yaydığı bəyanatda bildirib ki, bu həftə Sionist rejiminin Yəmənin daxili işlərinə qarışmasına və bu rejimin Yəmənə hərbi təcavüzdə birbaşa iştirak etməsinə qarşı kəskin etiraz məqsədilə kütləvi yürüşlər keçiriləcək .
Bəyanatda qeyd olunur: Sionist rejimininYəmənə qarşı tamahkarlığı, xüsusilə də Ba əl-Məndəbdə heç kəsə sirr deyil .
Yəmən Ali İnqilab Komitəsi bəyanatda, Səud rejiminin Yəmənə hərbi təcavüzü çərçivəsində ölkə xalqına qarşı kütləvi qırğın saiyasətini Sionist rejiminin plan və maraqlarına xidmət etməsi kimi qiymətləndirərək bildirib: Yəmənlilərin bu etirazlarda geniş iştirakı ölkə əhalisinin Səud və İsrail rejimlərinin Yəmənə hərbi təcavüzünə və bu rejimin Yəməndə müstəmləkəçilik planlarına kəskin etirazını bütün dünyaya çatdıracaq .
Bəyanatda qeyd edilir ki, Etiraz aksiyasının keçirilmə vaxtı və yeri haqqında tezliklə məlumat veriləcək .