“Amnesty İnternational” Təşkilatı bəyanatında Bəhreynin “Əl-Vifaq” Cəmiyyətinin baş katibi Şeyx Salmanın hakim rejim tərəfindən hələdə həbsdə saxlamasını tənqid edərək onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
Arannews- “Amnesty İnternational” Təşkilatı yaydığı bəyanatda Bəhreynin “Əl-Vifaq” Cəmiyyətinin baş katibini dərhal həbsdən azad etməyə çağırıb .
“Amnesty İnternational” Təşkilatı bəyanatında Bəhreynin “Əl-Vifaq” Cəmiyyətinin baş katibi Şeyx Salmanın hakim rejim tərəfindən hələdə həbsdə saxlamasını tənqid edərək onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib .
“Amnesty İnternational” bu bəyanatda Bəhreyn rəsmilərini insan haqları haqqında qanunlara hörmətlə yanaşmağa və Şeyx Əli Salmanı ən qısa zamanda azadlığıa buraxmağa çağırıb. " Şeyx Əli Salman düşüncə məhbusudur və o, yalnız hakim rejimə qarşı dinc yolla etiraz etdiyi üçün həbs edilib ki, bu da tamamilə “ədalətsiz” addımdır ."
Xatırladaq ki, Bəhreyn rejimi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanı keçən ilin dekabr ayında hökumətə qarşı çıxma və xalqı aksiyalara çağırma ittihamı ilə həbs edib .
Bəhreyn xalqı bu müddət ərzində Şeyx Əli Salmanın həbsinə etiraz olaraq ölkənin müxtəlif bölgələrində, xüsusən də “Əl-Vefaq” Cəmiyyətinin baş katibinun doğulduğu “Əl-Belad əl- Qədim” də dəfələrlə etiraz aksiyası keçirib.