Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir və Sovet İttifaqında başlayıb, 30 ilə yaxın müddətdir ki, davam edir.
Arannews- Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən digər dövlətdən çox iş görərək, ardıcıl şəkildə müharibənin bərpasını istisna edən siyasi həll yolu uğrunda çıxış edir .
bu barədə Federasiya Şurasının spikeri Valentina Matviyenko İrəvana səfər ərəfəsində erməni xəbər portalı News.am-a bildirib .
Senator qeyd edib ki, Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir və Sovet İttifaqında başlayıb, 30 ilə yaxın müddətdir ki, davam edir .
“Mənim fikrimcə, onun tərəflərə problemdən başqa heç nə vermədiyi aydındır”, - o vurğulayıb və əlavə edib ki, buna baxmayaraq münaqişənin tənzimlənməsi yollarının axtarışı ləng gedir .
“Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu çətin və möhkəm düyünün açılması üçün Rusiya digər ölkələrdən daha çox şey edir”, - Matviyenko Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin ATƏT və BMT meydanlarında, eləcə də Ermənistan və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə ikitərəfli kontaktı sahəsində fəal iştirak etdiyini xatırladıb .
“Bu məsələdə bizim mövqeyimiz ardıcıldır. Rusiya müharibənin yenidən meydana gəlməsini, qan tökülməsini, humanitar faciəni istisna edərək siyasi həllin tərəfdarıdır”, Federasiya Şurasının rəhbəri vurğulayıb .
Onun fikrincə, Ukraynada, Suriyada, bir sıra digər ölkələrdə baş verənlər güc tətbiqinin nəticəsinin nə olduğunu əyani şəkildə göstərir .
Senator Ermənistan və Azərbaycanın parlamentarilərin, biznesmenlərin, elm və mədəniyyət xadimlərinin Qarabağ böhranından çıxış yolunun axtarılmasında fəal iştirakının tərəfdarı olduğunu bildirib .
“Belə münasibətlər xalqlar arasında etimadın bərpasına vasitəçilik edir, bu isə tapıldığı halda siyasi həllin həyata keçirilməsi üçün mühüm şərtlərdəndir”, - o, sözünü yekunlaşdırıb.