Tarix : 2015 Nov 04
Kod 46770

İran Islam Respublikasi Azərbaycan Respublikasi vətəndaşlarının Iranda vizasız qalma müddətini uzadıb

Möhsün Pakayin: Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.

Arannews- İran  Islam Respublikasi Azərbaycan Respublikasi vətəndaşlarının Iranda vizasız qalma müddətini 30 günədək uzadıb .

Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib .

Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb .

Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

  • Yazılıb
  • da (də) 2015 Nov 04
  • Göndərən مدير سايت Aran News