Möhsün Pakayin: Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.
  Arannews- İran  Islam Respublikasi Azərbaycan Respublikasi vətəndaşlarının Iranda vizasız qalma müddətini 30 günədək uzadıb  .
 Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib  .
 Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb  .
 Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.