“Ənsarullah” və Yəmən ordusu Səudiyyə Ərəbistanının Nəcran vilayətində bu ölkənin ordusuna məxsus bir neçə "Bradley M3" zirehli texnikalarını məhv ediblər.
Arannews- Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü fonunda Yəmən xalqı və ordusu düşmənə sarsıdıcı zərbələr endirir
Ənsarullah” və Yəmən ordusu Səudiyyə Ərəbistanının Nəcran vilayətində bu ölkənin ordusuna məxsus bir neçə "Bradley M3" zirehli texnikalarını məhv ediblər. Bundan əlavə Yəmənin Mərib vilayətinin Kofel məntəqəsində Səudiyyə Ərəbistanı tərəfindən muzdla döyüşən onlarla təcavüzkar öldürülüb .
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həyatını itirib, 10 minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti, bəzi ölkələri çıxmaq şərti ilə, Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummağa davam edir .