siyasi və Dini Qurumlar Azərbaycanda son günlər müşahidə edilən islomofobik proseslər Və Dindarlara qarşi zor tətbiq edilməsi ilə bağlı bəyanat yayılib.
AranNews- Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Bəyanatda deyib: "DEVAMM olaraq son günlər ölkədə artan xətt üzrə gedən islamofobik prosesi şiddətlə qınayırıq. Hesab edirik ki, son günlərdə ruhani və dindarlara qarşı sərgilənən davranış insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Eyni zamanda, dini etiqad və vicdan azadlıqlarının məhdudlaşdırılması istiqamətində səslənən təşəbbüsləri də, birmənalı olaraq Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə cəhdlər kimi dəyərləndiririk. Onsuz da mürəkkəb geopolitik şəraitdə yerləşən ölkəmizin vəziyyətini bu kimi süni gərginləşdirmələrlə pisləşdirməyi çox səhv hesab edir, demokratik potensialın daha da minimallaşdırılmasının qarşısını almağa çağırırıq".
Eyni zamanda Azərbaycan Ruhanilər Məclisi (ARM)də Sabunçuda dindarlara qarşı təzyiqləri və həbsləri pisləyən bəyanat yayıb.
ARM-ın bəyanatda bildirilir: "Azərbaycan Ruhanilər Məclisi son zamanlar ölkədə cərəyan edən din və dindara qarşı təzyiqləri kəskin surətdə pisləyir. Ruhani Elçin Qasımov və dindarların həbsini vətəndaşa qarşı amansıqlığın təzahürü kimi dəyərləndirir."
Bu əsasda Azərbaycan Respublikasında Demokratik Qüvvələrin Milli Şurası(DQMŞ) Dindarlara qarşi zor tətbiq edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“İlahiyyatçı Tale Bağırzadənin Yasamal rayon polis idarəsində bilavasitə rəis İsfəndiyar Mehbalıyev tərəfindən döyüldüyü haqqında məlumatlar yayılmışdır. Bu zorakılıq aktıdır və vəzifəli şəxs tərəfindən vətəndaşa qarşı törədilmiş qanunsuz əməldir. Yeri gəlmişkən İnanclı insana fiziki zor tətbiq etməklə onun dini ayın yerinə yetirməsinə maneə olmaq təkcə qanunsuzluq deyil, həm də cinayətdir. Azərbaycan Konstutusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını, dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyini təmin edir. Avropa Konvensiyasının 9-cu maddəsi vicdan və dini azadlıqlara yüksək təminat verir. Bu təminatların əvəzində Bakı şəhərinin polis idarələrinin birində namaz qılmaq istəyən dindarın qanını axıdırlar. Bu, sadəcə olaraq qanunu qorumalı olan DİN-in yüksək vəzifə sahiblərinin Azərbaycan konstitusiyası və qanunlarından ya xəbərsiz olduğunu göstərir, ya da ona məhəl qoymamasının aydın ifadəsidir. Biz Milli Şura olaraq tanınmış ilahiyyatçı Tale Bağırzadəyə qarşı törədilmiş bu zorakılıq əməlini pisləyir, vətəndaşı, dindarı və mömin bir şəxsi dövlətin ona etibar etdiyi bir idarədə dövlət mundirində döyüb təhqoir edən vəzifəli şəxs haqqında ölçü götürülməsini hakimiyyət orqanlarından tələb edirik”.
Xatırladaq ki, bir neçə gün öncə tanınmış ilahiyyatçı Tale Bağırzadənin Yasamal rayon polis idarəsində doyülməsi, ona qarşı zor tətbiq edilməsi haqqında məlumatlar yayılmışdı. Məlumatlarda göstərilir ki, o, noyabrın 3-də Yasamal Rayonu Polis İdarəsinə çağırılaraq orada fiziki zorakılığa məruz qalıb. İlahiyyatçı ona qarşı fiziki zor tətbiq edən şəxsin Yasamal Rayonu Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev olduğunu bildirib.