Hakimiyyət daxilində intiqam ardınca olan qüvvələr saf dindarlardan maksimum sui-istifadə etməyə çalışır.
AranNews- Əkrəm Hacızadə bildirdi ki, Deməli dindarlara qarşı zorakılıqdan ilk və ən çox əziyyət çəkən, elə dini öz kreslosu üçün təhlükə bilənlərdir.
Amma məsələlərə hərtərəfli nəzər etsək, hər bir halda bu amansız qadağaların didarların xeyirinə sonlandığını çox asanlıqla görə bilərik. Ruhən yatmış inaclı təbəqədə ayıqlıq, onlar arasıda vəhdət, dinlərində daha da möhkəm olmaları, xalqın öz dini dəyərlərinə qarşı daha da mühafizəkar olması və.s müsbət cəhətləri inkişaf etdirən, məhz bu tip represiyalardır.
Son bir neçə güdə dini camiəyə qarşı törədilən özbaşınalığa qarşı xalqın müxtəlif katiqoriyaları öz etirazlarını bildirdilər. İstərdim öz növbəmdə bu məsələyə başqa bir asbektdən yanaşam. Çünki mühüm bir məsələnin sanki xalqın və hakimiyyətin diqqətindən yayıdığını müşahidə edirəm. Bunun üçün də sözüm həm xalqın inanclı təbəqəsinə həm də hakim dairələrə ünvanlanır.
bu həbslərin və qadağaların digər və qaçılmaz tərəfi zorakılıqla məşğul olan adiyyatı orqaların cəmiyyətin inanclı təbəqəsində qıcıqlanma və aqresiya yaratmasıdır. Sanki bunu bilərəkdən edirlər...
İnsanlar düzgün və ya yanlış siyasi görüşə sahib ola bilər və fikir ayrılığı normaldır. Hətta bəzi siyasi addımlarda hacı Tale ilə ortaq fikirə sahib olmaya bilərəm. Amma vətəndaş hüquqlarının mühafizəsində durmağa borclu olan bir orqanda, hansısa etirazına görə bir ruhani və ictimai xadimin hüquqlarının kobudcasına pozulması, üstəlik fiziki və mənəvi təcavüzə məruz qalması yolverilməzdir. Bu özbaşınalıq və represiyanı biz məlum Gəncə hadisələrində də gördük və son gülərdə dini atributları təmsil edən bayraqların qadağası və.s dini qadağalarda da müşahidə etməkdəyik.
Məmurların bu tip özbaşına işləri xalq ilə hakimiyyəti üz-üzə qoymaqdır....
Məmurların bu kimi kobud rəftarları, ya onların hədsiz düşüncəsizliyinin ya da hakimiyyətə qarşı məqsədyönlü xəyanətinin göstəricisidir. Bu rəftarı dar düşüncənin məhsulu kimi qiymətləndirməyimin səbəbi, onun bir yumruq ilə hansısa ruhanini tutduğu yoldan döndərə bilmə xülyasıdır və hətta bunu düşünmək belə gülüncdür. Xain deməyimdə məqsəd isə, bu tip özbaşına məmurların xalq ilə hakimiyyəti üz-üzə qoyma hədəfləridir. Son MTN olayları və bir çox gizli məqamların üzə çıxması isə, bu işlərdə xain əli olmasını düşünməyə əsas verir. Bunun üçün də, dini camiənin emosiyalar ilə oynayaraq hakimiyyət daxili boşluğun yaradılması üçün addımların atılması da istisna eilmir. Çünki iqtisadi və siyasi böhran yaşayan hakimiyyətə də ölkədaxili xaos xeyir etmir.
Rəsmi dairələrin bu tip xoşagəlməz addımlarına qarşı hakimiyyətin susqunnluq nümayiş etdirməsi, durmadan artmaqda olan xalqın inaclı təbəqəsində birbaşa hakimiyyətə qarşı nifrət hissləri oyadır. Dövlət strukturlarının konstitusiyanı kobutcasına pozduğunu görən xalqdan isə, qanunlara riayət etmə gözləntisi əbəsdir. Nəticə etibarı ilə yaranan anarxiya isə, nə hakimiyyətə nə də xalqa xoş vədlər verir.
Amma bu şəraitdə nə etmək lazımdır? Bununla iş bitirmi? Bəs problemlərimiz həll oldumu?
Amma məsələlərə hərtərəfli nəzər etsək, hər bir halda bu amansız qadağaların didarların xeyirinə sonlandığını çox asanlıqla görə bilərik. Ruhən yatmış inaclı təbəqədə ayıqlıq, onlar arasıda vəhdət, dinlərində daha da möhkəm olmaları, xalqın öz dini dəyərlərinə qarşı daha da mühafizəkar olması və.s müsbət cəhətləri inkişaf etdirən, məhz bu tip represiyalardır. Sizcə tez-tez işlənən və spesifik ön yarğıya malik olan “müqavimət”, “islamçılıq”, “şəhadət”, “zillət bizdən uzaqdır” və.s kəlmələr nə zamandan calamağa başladı? Əgər qadağa və həbslər məsələni həll etmək iqtidarında idisə, niyə əks nəticə verir? Deməli dindarlara qarşı zorakılıqdan ilk və ən çox əziyyət çəkən, elə dini öz kreslosu üçün təhlükə bilənlərdir.
Amma bu şəraitdə nə etmək lazımdır? Bununla iş bitirmi? Bəs problemlərimiz həll oldumu? Nəticə etibarı ilə hansı naliyyətlər əldə etdik? Əgər bu deyilənlər şuar olaraq dilimizdə qalarsa, adiləşib aradan gedəcəkdir. Düşünürəm ki, bu uğurlar düzgün istiqamətə yönəldilmir. Bunun isə müxtəlif səbəbləri ola bilər...
Digər tərəfdən isə, çox sayda möhkəm əqidəli, şücaaətli və eyni zamanda saf etirazçı dindarlardan maksimum sui istifadə etməyə çalışan hakimiyyət daxilində intiqam ardınca olan qüvvələr və bu bazanı görərək ağzı sulanan müxalif görüşə sahib bəzi siyasi dəllarların bu etirazların öz mənfəətlərinə tərəf istiqamətləndirə bilməsi, çox təəssüfləndirici haldır. Bu məsələdə həm hakimiyyət və həm də dindarların aparıcı şəxsləri maksumum diqqətli olmalıdır. Hakimiyyət qaşınmayan yerdən qa çıxartmaqla öz əli ilə özünə quyu qazmamalı, dindarlar isə hər yağlı vədlərə aldanaraq hiyləgərlərin yeminə çevrilməməlidirlər. Təəssüflər olsun ki, bəzi hakim dairələr ölkəmizdə rifah və əmin-amanlığın əleyhinə olan sioizmin diqtəsi ilə zamanında yalış düşündülər və eyni zamanda kifayət qədər yanlış addım atdılar və atırlar.
Sonda isə özlərini kimlərəsə göstərmək naminə əl-qol atan paqonlulara xatırlatmaq istəyirəmki, bu yumruqların və yaşlı qoyduğu gözlərin hesabına “general” rütbəsi alanlar, indi xain adı ilə yoxa çıxardılıblar. Əgər tarixdən ibrət almasanız, bu gün qarşınızdakı məhkumların sabah başınıza hakim kəsilməsi, sizin üçün daha acınacaqlı olacaq.
ilahiyyatçı Əkrəm Hacızadə