Bir İsrail universitetinin apardığı araşdırmalar israillilər arasında ruhi və psixoloji xəstəliklərin artmasından xəbər verir.
AranNews- Sionist Yədiot Aharonot qəzeti yazır: Təl-Hay Universitetinin apardığı araşdırmaların nəticələrinə əsasən 1.5 milyon israilli Qüds intifazəsinin ardınca iztirab, qorxu və dəhşət hissələrindən əziyyət çəkir. Bu statistik rəqəmlər, 4 ay öncə ilə müqayisədə xeyli artımdan xəbər verir.
Təl-Hay Universitetinin Psixologiya Kafedrasının əməkdaşları olan Şauel Kimha, Yuhanna İşil və Mula Lahd tərəfindən həyata keçirilən bu araşdırmada bildirilir ki, Qüds intifazəsinin doğurduğu qorxu və iztirab hissləri nigaranedici səviyyədədir.
Bu araşdırmanın nəticələrindən aydın olur ki, cari ilin iyul ayında təhlükəsizlik vəziyyəti ilə bağlı nigaranlıq hissi keçirən israillilərin sayı təqribən 1 milyon civarında olub. Hazırda isə, bu rəqəm 1.5 milyon nəfəri ötüb.