Tarix : 2015 Nov 08
Kod 46793

dövlət qurumlarının əksəriyyəti xuliqanlıq və reketliklə məşğul olurlar

Tale Bağırzadə: "Biz səbr edib mübarizəmizi yalnız və yalnız qanun çərçivəsində aparırıq."
AranNews - Tale Bağırzadə özünün sosial profil şəbəkəsində son günlərdə baş vermiş olaylarla bağlı öz fikirlərini bildirib.
bu yazını təqdim edirik:
"Son günlər Müsəlman Birliyi Hərəkatının üzvlərinə olan haqsızlıqlara qarşı inanclıların etirazlarının dinc yolla ifadə etməsi rəsmi dairələr tərəfindən dini radikalizm kimi qələmə verilir. Baxmayaraq ki, ölkədə olan qanunsuzluqları danışanlar hakimiyyət tərəfindən qanunsuz, qondarma ittihamlarla həbs olunur, zindanlara salınır. Biz səbr edib mübarizəmizi yalnız və yalnız qanun çərçivəsində aparırıq. Mənim Yasamal rayon Polis İdarəsinin rəisi tərəfindən fiziki zorakılığa məruz qalmağımla bağlı əks tədbir kimi həmin şəxsdən prokrorluq orqanlarına şikayət göndərməyim olmuşdur. Hakimiyyətdən həmin polis rəisinin dərhal cəzalandırılmasını tələb edirik. Bir daha bəyan edirik ki, hakimiyyətində əli olduğu inanclıları təxribata sürükləmək kimi addımlar heç bir bəhrəsini verməyəcək. Hakimiyyətin birinci şəxsi iki gün öncə demişdir ki, Milli Təhlükəsizlik Nazirliyi 10 ildir reketliklə məşğul olurdu. Biz isə deyirik ki, dövlət qurumlarının əksəriyyəti xuliqanlıq və reketliklə məşğul olurlar."


  • Yazılıb
  • da (də) 2015 Nov 08
  • Göndərən مدير سايت Aran News