Səfəvilər sülaləsinin ilk şahı Əbul-Muzəffər Bahadur xan ləqəbli İsmayıl Səfəvi, 7 noyabr 1501-ci ildə İranda milli dövlət qurdu. Onun şahlıq dövründə bir neçə mühüm hadisəyə, o cümlədən Səfəvi şahlığının başlanmasına, İranda şiəliyin rəsmi şəkildə tanınmasına və Çaldıran döyüşünə işarə etmək olar.
AranNews- Birinci İsmayıl şah kimi tanınmış Şeyx Heydərin oğlu İsmayıl Mirzə 17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Həlimə bəyimdir. Anasının əsl adı Marta olub və zahirən ömrünün sonuna kimi xristian olaraq qalmışdır. Onun qəbri Ərdəbildə Səfəvilər qəbristanlığındadır.
İsmayıl 1500-cü ilin sonunda 7 minlik qoşunla atasının qatili Fərrux Yəsarla döyüşə girərək onu məğlub edir. Bunun ardınca Bakı qalasını fəth edir. Daha sonra Azərbaycan hakimi Əlvənd bəylə müharibə edir və onu da məğlub edərək Təbrizə girir.
İsmayıl Mirzə 7 noyabr 1501-ci ildə 15 yaşında ikən Təbrizdə özünü şah elan edərək tac qoyur və Şah İsmayıl kimi tanınır.
Şah İsmayıl şahlıq taxtına oturduqdan sonra bütün xətiblərə öz xütbələrini 12 imamın adına oxumağı və azana "Əşhədu ənnə Əliyyən vəliyullah" cümləsini artırmağı görsəriş verdi.
Şah İsmayıl Səvəfi hökumətini yaratmaqla o zamana kimi parçalanmış qədim İran ərazilərini birləşdirə və orada siyasi vəhdət yarada bildi. Həmçinin, onun vasitəsilə 12 imamçı şiəlik məzhəbinin rəsmiləşməsi milli kimlik barədə daha artıq maariflənməyə və bununla da daha mərkəzləşmiş və daha güclü dövlət yaranmasına səbəb oldu.
Şah İsmayılın şiə məzhəbini rəsmi məzhəb kimi tanıtması barədə demək olar ki, birincisi, bu addım dini dinamik və saf bir ideologiyanı dövlətçilikdə istifadə edilməsi bacarığını yaratdı və dövlətə problemlərə qalib olmaq gücü bəxş etdi; ikincisi, bu hərəkət Səfəvi dövləti ilə o zaman İslam dünyasında əsas güc hesab edilən Osmanlı İmperiyası arasında aşkar fərq yaratdı və bununla da Səfəvi dövlətinə ərazi və siyasi kimlik verdi.