Tarix : 2015 Nov 09
Kod 46795

İŞİD-ə qoşulan ingilislər Rusiyanın A321 sərnişin təyyarəsini raketlə vuraraq partladıblar

Rusiyanın A321 sərnişin təyyarəsini ingilis əsilli terrorçuların vurması haqda məlumat yayılıb.
Arannews-Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiyanın A321 sərnişin təyyarəsini ingilis əsilli terrorçuların vurması haqda məlumat yayılıb.
bu iddia ilə İngiltərənin “Teleqraf”  qəzeti çıxış edib.
Bildirilib ki, İŞİD-ə qoşulan ingilislər təyyarəni raketlə vuraraq partladıblar. Qəzet bu məlumatı İngiltərə kəşfiyyatının əldə etdiyini yazıb.
Qeyd edək ki, oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Peterburq şəhərinə uçan A321 sərnişin təyyarəsi Sinay yarımadasında qəzaya uğramışdı. Nəticədə ekipaj heyəti ilə birlikdə 224 nəfər həlak olmuşdu.
Qəzanın dəqiq səbəbləri bəlli deyil.
  • Yazılıb
  • da (də) 2015 Nov 09
  • Göndərən مدير سايت Aran News