Tarix : 2015 Nov 09
Kod 46796

ABŞ Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühitlə bağlı narahatdi

Birləşmiş Ştatlar Azərbaycan hökumətini sərbəst toplaşma, birləşmə azadlıqlarına, habelə beynəlxalq öhdəliklərinin tərkib hissəsi olaraq, media da daxil olmaqla, müstəqil səslərə hörmət etməyə çağırır.
Arannews- Noybarın 1-də Azərbaycanda parlament seçkiləri keçirildi.  Təəssüf ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (ATƏT/DTIHB) ölkəyə lazımi miqdarda müşahidəçi göndərməyə icazə vermədi və bu üzdən DTİHB seçkiləri müşahidə edə bilmədi.
“ATƏT-in iştirakı olmadan fundamental azadlıqlara qoyulan məhdudiyyətlərlə bağlı ötən seçkilərdəki müşahidə tövsiyələri üzərində Azərbaycanın proqres əldə edib-etmədiyini demək qeyri-mümkündür” – deyə ABŞ Dövlət Departamenti Mətbuat Əlaqələri İdarəsinin direktoru Elizabeth Trudeau bildirib.
Birləşmiş Ştatlar Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühitlə bağlı narahat qalmaqda davam edir və Azərbaycan hökumətini sərbəst toplaşma, birləşmə azadlıqlarına, habelə beynəlxalq öhdəliklərinin tərkib hissəsi olaraq, media da daxil olmaqla, müstəqil səslərə hörmət etməyə çağırır.
  • Yazılıb
  • da (də) 2015 Nov 09
  • Göndərən مدير سايت Aran News