Tarix : 2015 Nov 09
Kod 46797

Ceyhun Cəfərovun həbs müddəti yenə uzadılıb

Həbsin uzadılması üçün istintaq orqanı ciddi əsaslar göstərə bilmir və Ceyhun Cəfərovla bağlı hər hansı istintaq hərəkəti aparılmır.
Arannews- Mart ayının 10-da həbs olunan İlahiyyatçı Ceyhun Cəfərovun həbs müddəti yenə uzadılıb .
 bu haqda ilahiyyatçının vəkili Cavad Cavadov özünün sosial şəbəkə profilində məlumat verib.
Vəkil yazıb: "Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərov barəsində növbəti dəfə həbsdə saxlama müddətinin uzadılması təqdimatına baxıldı. Təqdimat Cinayət Prosessual Məcəlləsinini 159.3-cu maddəsinin tələblərinin pozulması ilə verilmişdir, belə ki, həbs müddətinin bitməsinə azı beş gün əvvəl verilməli olmasına baxmayaraq iki gün qalmış verilmişdir. Məhkəmə bununla bağlı vəsatətimizi təmin etmədi. Məhkəmədən ittihamın qanunsuz və əsassız olmasını, heç bir sübutla təsdiq olunmadığını və ilkin sübutların tələb edilməsinə dair vəsatətimiz, o cümlədən həmin iş üzrə keçən Elşən Mustafayevin dindirilməsinə dair vəsatətlərimiz təmin edilməmişdir. İttiham o dərəcədə qondarmadır ki, indiyə kimi müdafiə tərəfinə onun faktiki və hüquqi tərəfləri aydın deyil. Həbsin uzadılması üçün istintaq orqanı ciddi əsaslar göstərə bilmir və Ceyhun Cəfərovla bağlı hər hansı istintaq hərəkəti aparılmır. Məhkəmə təqdimatı təmin edərək həbs müddətini 26 yanvar 2016-cı il tarixə kimi uzatmışdır. Məlumat üçün bildiririk ki, ilkin həbs qərarı ilə şikayət artıq Avropa Məhkəməsinə göndərilmişdir. Lakin bu işin elə istintaq orqanında xitam veriləcəyinə hələ ümidlər tükənməyib."


  • Yazılıb
  • da (də) 2015 Nov 09
  • Göndərən مدير سايت Aran News