Ramil Əliyev: "Xəzər tv -nin efirində Mərceyi təqlid müctehid Ayətullah Nuri Həmədani ağaya və ruhanilərmizə qarşı edilən hörmətsizlilk, Atv-nin efirində cəfəriləri yəni şiələri vəhhabi adlandırması dözülməz haldır. Hər zaman vəhhabilərlə mübarizə aparan bu kimi ruhani və təşkilatları vəhhabi adlandırmaq, hansı qüvvələr tərəfindən həyata keçrilməsi həm bizi həmdə dövləti narahat etməlidir. Bu cür gərginliyin tez bir zamanda aradan qaldırılmasını istəyirik.”
Arannews- Müsəlman Birliyi Hərəkatının idarə heyətnin üzvü, ilahiyyatçı hacı Ramil Əliyev son olaylardan danışıb.
“Son zamanlar ölkədə dini ayinlərə və inanclılara qarşı olan təziyqlər bizi çox narahat edir. Yevlaxda məscidə silahlı basqın, Şəmkirdə məscidi sökmək cəhdi, və cümə namazına qadağa qoyulmasi, Gəncə icra başçısı tərəfindən Tasua günü məscidləri bağlayıb cümə namazına və əzadarlıq mərasiminə mane olub, müsəlmanların matəm günü olmasına baxmayaraq şəhərin mərkəzi manitorlarında musiqi yayımlanması və polisin xalqa zor tetbiq edərək dini ayinlərin keçrilməsinə mane olması və "Müsəlman Birliyi Hərəkatının sədri işahiyyatçı hacı Tale Bağırzadəni Yasamal rayon polis idarəsinə dəvət edib, fiziki təzyiq görməsi, namaz qılmasina şərait yaratmaq əvəzinə əl-qolunu tutub ağzına və üzünə yumruq vurmaları bizi çox narahat etdi. Biz düşünürük ki, bu addımlar təsadüfü atılmır. Dövlətin içində dövlətə və millətə xəyanət edən qüvvələr var. Son zamanlar hakimiyyətin yüksək rütbəli məmurlarının işdən azad edib həbs olunmaları, bu iddianı bir daha təsdiq edir. Bunlar inanclı insanların əqidəsinə hörmətsizliklə yanaşı dövlətlə inanclılar arasında ucurum yaradaraq cinayət də törədiblər. Biz, inanclılara qarşı bu cür neqativ halların aradan qaldırılmasını və ölkədə sabitliyi pozmaq istəyən cinayətkarların ciddi şəkildə cəzalandırılmasını istəyirik. Hesab edirik ki, bu kimi cinayətkar ünsürlər tərəfindən şərlənərək həbs olunan Möhsüm Səmədov, Abgül Süleymanov, Seyyid Faramiz Abbasov kimi dəyərli ruhanilərin və digər islam məhbuslarının işinə yenidən baxib, haqq və ədaləti bərpa etmək lazımdır. Yuxarıda qeyd etdiklərmizlə yanaşı Sabunçu rayon polis əməkdaşları tətəfindən MBH- nın idarə heyətnin sədri ruhani Elçin Qasımıovu həbs etmələri və bu həbsə narahat olub polis bölməsinin qarşısına toplaşan inanclıları zor tətbiq edərək həbs edib işgəncələr verilməsi yolverilməz hal olduqnu qeyd etmək istəyirik. Bir daha nəzərnizə çatdırmaq istəyirik ki, uzun illər (SSR-i dövründə) Azərbaycan xalqın, öz dini inancından uzaqlaşdırmaq istəyib amma nail ola bilməyən qüvvələr, bu gün eyni çirkin əməlləri ilə, çətinliklə əldə etdiymiz müstəqillik və sabitliyi pozmaq istəyirlər. Xəzər tv -nin efirində Mərceyi təqlid müctehid Ayətullah Nuri Həmədani ağaya və ruhanilərmizə qarşı edilən hörmətsizlilk, Atv-nin efirində cəfəriləri yəni şiələri vəhhabi adlandırması dözülməz haldır. Hər zaman vəhhabilərlə mübarizə aparan bu kimi ruhani və təşkilatları vəhhabi adlandırmaq, hansı qüvvələr tərəfindən həyata keçrilməsi həm bizi həmdə dövləti narahat etməlidir. Bu cür gərginliyin tez bir zamanda aradan qaldırılmasını istəyirik.”