Biz, Qum elmi hövzəsinin tələbələri olaraq ölkədə gedən təzyiqlərə dərhal son qoyulmasını, saxlanılan və təqib olunan dindar və ruhanilərimizin, xüsusən son günlərdə “Müsəlman Birliyi hərəkatı”nın üzvlərinin dərhal sərbəst buraxılması və təqiblərinə son qoyulmasını aidiyyatı qurumardan tələb edirik!
Arannews- Qumda oxuyan bir qrup azərbaycanlı ruhani tələbələr Azərbaycanda baş verən son olaylarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Möminlərə qarşı rəhimli, kafirlərə qarşı isə qəzəbli olan Allahın adı ilə Ölkədə dindarlara qarşı represiyalara demək olar ki, fasilə verilməyib. Bəzən sərt, bəzən isə yüngül formada təziqlər davam etməkdədir. Quranın dediyi kimi: “Onların dinini (əqidəsini) qəbul etmədikcə səndən razı qalmayacaqlar” (Bəqərə 120). Bu təzyiqlər ruhanilərin həbsi ilə azalır, sərbəst buraxılması iləsə çoxalır. Bunun bariz nümunəsi kimi Hacı Tale Bağırzadənin həbsdən çıxdıqdan sonra gedən prosesləri diqqətə çatdırmaq yerinə düşər. Hacıya qarşı ölkənin müxtəlif bölgələrində atılan addımlar və nəhayətdə Bakının Yasamal raoyunu şöbəsində namaz kimi dinin zəruri məsələsini yerinə yetirərkən rəis İsfəndiyar Mehbalıyev tərəfindən kobud surətdə qanuna və məmur etikasına sığmayacaq formada zor tətbiq olunması, ölkə vətəndaşları arasında ciddi narahatçılığa səbəb olduğu kimi, din tələbələrini də narahat etməyə bilməz. Biz, Qum elmi hövzəsinin tələbələri olaraq ölkədə gedən bu təzyiqlərə dərhal son qoyulmasını, saxlanılan və təqib olunan dindar və ruhanilərimizin, xüsusən son günlərdə “Müsəlman Birliyi hərəkatı”nın üzvlərinin dərhal sərbəst buraxılması və təqiblərinə son qoyulmasını aidiyyatı qurumardan tələb edirik! Həmçinin ölkədə təyin olunmuş “Hacı Abgül və Etiraz həftəsi”nə qoşularaq, şərlənərək həbs olunan Hacı Abgül Süleymanov, Mövsüm Səmədov, Seyid Fəramiz Abbasov kimi digər ruhani və vicdan məhbuslarının azad olunmasını, cəmiyyətə həqiqi xəbərləri yaymaqda rolu olan saytlara olunan hücumlarının dayandırılması və fəaliyyətində məhdudiyyətlər yaradılan saytların bərpasını, ölkədə din əleyhinə atılan addımlara və din-dövlət münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrin məkirli planlarının qarşısının alınmasını aidiyyatı orqanlardan tələb edirik! Biz, ölkə hakimiyyətindən yaranmış bu qarşıdurmaya tezliklə aydınlıq gətirməsini, insanların dini etiqad və vicdan azadlığına “məmurlar” tərəfindən lüzumsuz qadağa və təqiblərə son qoymasını tələb edirik! Bunu bilin ki, “Allah iman gətirənlərin dostudur, onları zülmətdən nura tərəf çıxarır. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları nurdan zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə 257)"