Tarix : 2015 Nov 09
Kod 46801

Hacı Tale qardaşımızı təxrib etmək üçün İŞİD təmsilçisi adlandırmaq yalnız sionisti rejimi kəşfiyyatının işidir

"Hal hazırda Şiə Alimləri İŞİD-lə mürərizə simvoluna çevirilib və terrorçularla döyüşdə qalxıb şəhadət məqamına yetişirlər. Belə bir zamanda Şiə ruhanisi olan Hacı Tale qardaşımızı təxrib etmək üçün İŞİD təmsilçisi adlandırmaq yalnız İsrail kəşfiyyatının işi ola bilər. Buna əmin olun."
Arannews- Ölkədə çaşqınlıq yaratmaq məqsədilə inanclı təbəqəyə qarşı dezinformasiya yayan telekanallara etirazlar səngimir.daha bir etirazı, özünün sosial şəbəkə profilində ilahiyyatçı Tohid İbrahimbəyli yazıb. Yazını diqqətinizə çatdırırıq: "309 ildən sonra əshabi Kəhfi yuxudan qaldırıb, mübarizlərinin nəticə verdiyini onlara sübut edən Allah, Hacı Tale kimi mübariz ruhanilərimizin zəhmətlərini Azərbaycan tarixi üçün nə qədər faydalı olduğunu bu xalqa sübut edəcək. Mən həm öz tərəfimdən həmdə Məşhəddə təhsil alan mənə müraciət edən bir qrup azərbaycanlı tələbələr tərəfindən Hacı Taleyə qarşı olan bu inanılmaz təxribatı sərt şəkildə pisləyirəm və inanclı xalqımızdan təxribatçı tv kanallarına qarşı layıqıncə etiraz etməyi xahiş edirəm. Hacı Taleyə isə üzümü tutub belə deyirəm: "Qardaşım sizə göz aydınlıq verirəm. Baxın görün ki, sizin atdığınız addımlar düşmən üçün necə qorxulu və təsirli olub ki, sizə qarşı təxribat etmək üçün İŞİD və Ən-nüsrə kimi terrorçulara mötac qalıblar. Vay o gündən ki, düşmən bizə qarşı təxribat etməsin. O zaman narahat olmalıyıq ki, niyə düşmən sakit oturub? Niyə mənim addımlarım onu narahat ermir? Niyə mənə şərait yaradır? Hal hazırda Şiə Alimləri İŞİD-lə mürərizə simvoluna çevirilib və terrorçularla döyüşdə qalxıb şəhadət məqamına yetişirlər. Belə bir zamanda Şiə ruhanisi olan Hacı Tale qardaşımızı təxrib etmək üçün İŞİD təmsilçisi adlandırmaq yalnız İsrail kəşfiyyatının işi ola bilər. Buna əmin olun."

  • Yazılıb
  • da (də) 2015 Nov 09
  • Göndərən مدير سايت Aran News