Tarix : 2015 Nov 10
Kod 46803

Gürcüstanda `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi

Məharətlə canlandırılan şəbih tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb.
Arannews- Gürcüstanın Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı şəbih göstərilib.
İlk öncə Elçin Daşdanzadə Əhli-Beyt (ə) sevərləri salamlayıb və Hacı Hikmət Qurandan bir neçə ayə tilavət edib.
Bakı şəhərindən dəvət olunmuş "Kövsər" və "Cəfəri-Muminun" ilahi nəğmələr qruplarının səhnələşdirdiyi şəbih tamaşasından öncə ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib.
Məharətlə canlandırılan şəbih tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb.


  • Yazılıb
  • da (də) 2015 Nov 10
  • Göndərən مدير سايت Aran News