Tarix : 2015 Nov 09
Kod 46805

Rusiyada yaşayan azərbaycanlı ruhani və dindarlar bəyanat yayıb

" Son günlərdə Azərbaycan Respublikasında İslama qarşı yaşanan hadisələr bizləri çox narahat edir. Məhərrəmlik ayının əvvəllərində Şəmkir şəhərində məscid sökülmə cəhdinin olmasına, Gəncə şəhərində Aşura qadağalarına, Dini qurumlar üzrə dövlət komisiyasının sədri Mübariz Qurbanlının savadsızcasına dini atributlara, şuarlara müdaxilə etməsinə, paytaxt şəhərdə ruhani qardaşımız Hacı Taleh Bağırovun Yasamal Rayon Polis idarəsində fiziki zorakılığa məruz qalmasına, onun Azərbaycanın Xəzər TV kanalında təhqir olunmasına, ruhani Elçin Qasımov və on nəfər dindar qardaşlarımızın qondarma ittihamlarla bir aya kimi azadlıqdan məhrum edilmələrinə kəskin etirazımızı bildiririk. "
usuArannews- Rusiya paytaxtında yaşayan azərbaycanlı ruhani və dindarlar bəyanat .
 bəyanat Moskva məscidlərində namazdan sonra minbərdən oxunub.
Bəyanatın məətni belədir: "Qəhhar və Muntəqim olan Allahın adı ilə. Son günlərdə Azərbaycan Respublikasında İslama qarşı yaşanan hadisələr bizləri çox narahat edir. Məhərrəmlik ayının əvvəllərində Şəmkir şəhərində məscid sökülmə cəhdinin olmasına, Gəncə şəhərində Aşura qadağalarına, Dini qurumlar üzrə dövlət komisiyasının sədri Mübariz Qurbanlının savadsızcasına dini atributlara, şuarlara müdaxilə etməsinə, paytaxt şəhərdə ruhani qardaşımız Hacı Taleh Bağırovun Yasamal Rayon Polis idarəsində fiziki zorakılığa məruz qalmasına, onun Azərbaycanın Xəzər TV kanalında təhqir olunmasına, ruhani Elçin Qasımov və on nəfər dindar qardaşlarımızın qondarma ittihamlarla bir aya kimi azadlıqdan məhrum edilmələrinə kəskin etirazımızı bildiririk. Bütün bunları nəzərə alaraq Azərbaycan hakimiyyətinə səslənirik:
 1-Tezliklə Azərbaycanda islamafobiyanı dayandırın və İslam dinini öz bildiyiniz kimi xalqımıza catdırıb, onlara xəyanət etmiyin.
 2-Məscidlərimizə qanunusuz, sənətsiz adı verməklə onları sökməkdən çəkinib, möminlərin hiddətindən və Allahın əzabından qorxun.
3-Dini ayinlərimizə və atributlarımıza toxunmaqdan, onları təhrif etməkdən, möminləri incitməkdən çəkinin və sizdən qabaqkı zalım hakimlərin başlarına gələnlərdən dərs alın.
4-Xəzər TV televiziya kanalı kimi tanınan, ictimaiyyətə səhv və yalan xəbərlər çatdıran, Azərbaycan xalqına yalnış xəbərləri ilə xəyanət edib aldadan, şiyə ilə vəhhabini bir-birindən ayırd edə bilmiyən, alim və muctehid əlindən öpməyi vətənpərvərliyə zidd addım kimi qiymətləndirən, hacı Talehin şəxsiyyətini təhqir edən bir kanalın tezliklə ondan üzr istəməsini tələb edib, bağlanmasını istiyirik.
5-Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin rəisi İsfəndiyar Mehbalıyevin Hacı Talehə olan gobut rəftarına və ona fiziki təziqlər etdiyinə görə tez bir zamanda cəzalanmasına və vəzifəsindən sui istifadə etdiyinə görə işindən kənarlaşdırılmasını tələb edirik.
6-Qondarma ittihamlarla tutduğunuz ruhani Elçin Qasımov başda olmaqla Ağali Yəhyayevi, Sahib Həbibovu, Niftəli Vəliyevi, Anar Əliyevi, Lətif Əhmədovu, Elvin Bunyatovu, Teymur Osmanovu, Sahil Rzayevi, Elxan İsgəndərovu və Əhmədi tezliklə azadlığa buraxmanızı tələb edirik.
7-Şərləyərək tutub zindanlara saldığınız Azərbaycan alimlərimizi başda Möhsin Səmədov, Abgül Süleymanov, Fəramiz Abbasov olmaqla əlliyə yaxın fəal dindarları qeyd və şərtsiz tezliklə azadlığa buraxmanızı tələb edirik.
Allah təaladan bu işdə möminlərə yardım və uğur, zalımlara lənət və ölüm arzulayırıq."





  • Yazılıb
  • da (də) 2015 Nov 09
  • Göndərən مدير سايت Aran News