Rusiyanın müxtəlif dövlət adamları işğalda olan torpaqların Azərbaycana qaytarılmasından açıq danışırlar.
Arannews- Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır.
politoloq İlqar Vəlizadə danışıb. Politoloq son səfərlərin fonunda çox önəmli məqamlara toxunub:
“Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır. Artıq Rusiyanın müxtəlif dövlət adamları işğalda olan torpaqların Azərbaycana qaytarılmasından açıq danışırlar. Bu fonda AŞPA-nın qətnaməsi də Ermənistanın mövcud siyasi kursunun ciddi laxladığından xəbər verir. Görünür, vəziyyətin sürətlə dəyişməsini seyr edən Ermənistan rəhbərliyi preventiv addımlar atmağa başlayır. Rəsmi məlumata görə, Lavrovu İrəvana Nalbandyan dəvət edib. Bu o deməkdir ki, təşəbbüs Ermənistan tərəfindən gəlir. Son zamanlar Sərkisyan çalışır ki, Ermənistanın regiondakı rolunu artırsın. Buna görə də Gürcüstanla qaz layihələri həyata keçirib, Tiflisin apardığı siyasətdə rusiya amilindən istifadə etməklə Gürcüstanla Rusiya arasında vasitəçilik etməyə çalışır. Ancaq bu vacib məsələni Kremlin iştirakı olmadan həyata keçirmək mümkünsüzdür. Ona görə də Ermənistan rəhbərliyi Lavrovu dəvət edib. Xarici işlər nazirləri çox güman ki, müəyyən ticarət aparmağa çalışacaqlar. Bu da o anlama gəlir ki, bir çıxış yolu qalır: ya Azərbaycanla yaxınlaşma, ya da Gürcüstanda möhkəmlənmək”.