Regional incəsənət və mədəniyyət sivilizasiyasının sərhədsiz olmasını fərz etsək, Azərbaycan Republikasının "Expo 2015" sərgisində incəsənəti onun bağlı olduğu dairəni gizlətməklə və tarixini təhrif etməklə təqdim etməsini qərəzsiz hesab etmək mümkün deyil. Xüsusilə də kitabın üzərinə yazılımışdır: "Bu kitab, Heydər Əliyev Mərkəzi tərəfindən çap edilmişdir".
AranNews - Azərbaycan Respublikası "tar" və "çövkən" oyunlarını UNESCO-da bu ölkənin mədəni irsi kimi qeydiyyatdan keçirməsi hərəkətindən sonra İranın miniatür sənəti, bəlkə Şahnamə və Hafizin divanını da öz adına qeydiyatdan keçirmək üçün zəmin yaratmağa cəhd edir!
Azərbaycan dövləti Nizaminin məqbərəsində üzərində fars dilində olan şer kaşılarının çıxarılmasından sonra onun fars dilli şair olmasını gizlətməyi, Nizaminin xəmsəsini, Hafizin divanını, Firdosinin Şahnaməni bu ölkənin mədəni irsi və incəsənətinə bağlamaq cəhdi acıq-aşkar görünməkdədir.
"Milan Expo 2015" beynəlxalq sərgisinində Azərbaycan pavilyonu digərləri ilə müqayisədə nisbətən gözəl və çox baxılan pavilyonlardan idi. Pavilyonda Expoların adətinin əksinə olaraq ziyarətçilər üçün təbliğat xarakterli broşuralar və hədiyyələr də nəzərdə tutulmuşdu. Təbriz xalçasının bu pavilyonda Azərbaycanın əl işləri sənayesi adı ilə sərgilənməsi düşündürücü idi.
Bu arada "Miniatür" adlı ilə çap olunmuş kitab Azərbaycanın miniatür sənətini tanıdırdı. Kitab, parlaq kağızla və rəngli çapla, 250 səhifədə, bərk üz cildində çapdan çıxmışdı. Hər gün bu kitabın nüsxələri Azərbaycan pavilyonunun ziyarətçilərinə hədiyyə edilirdi. Kitab həmçinin ziyarətçilərin baxması üçün də nəzərdə tutulmuşdu. Kitabda İranın adını yazmaqdan imtina edilərək Ərdəbil, Təbriz, Miyanə və Marağa şəhərləri (İranın Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində), İrəvan (Ermənistanın paytaxtı), Bakı (Azərbaycan Respublikasının paytaxtı) bu ölkənin incəsənət dairəsi kimi qələmə verilmişdi.
Daha təəccüblü bu idi ki, kitabın müxtəlif səhifələrində qədim əlyazma kitabları və İran miniatür əsərlər Azərbaycan miniatüründən nümunələr kimi təqdim edilmişdi. Şəkillərin yuxarısında əsərin adı, ədəbiyyat və Firdosinin Şahnaməsindən, Hafizin divanından, Nizaminin xəmsəsindən, Gerşasəbnamə, Kəlilə və Dimnə, Hümayi Hümayun, Xavərnamə, Cameut-təvarix, Falnamə və s. kitabların adları fars oxunuşu, amma latın əlifbası ilə yazılmışdı. Əsərlərin çoxunun yaranma və saxlanma yerinin də yenəTəbriz kimi şəhərlər olduğu göstərilmişdi.
Habelə, miniatür şerlərə birləşik şerlər hamısı farsca idi. Sözsüz ki, qərb ziyarətçisi üçün bu dərk ediləsi və ayırd edilə biləsi deyil. Bununla belə, çap mərhələsində kiçik ölçülü və aşağı keyfiyyətli şəkillərdən istifadə edilməsi, Azərbaycan dövlətinin qədim əsərlərin əslini əldə edə bilməmələri və məhz interentdən götürülmüş şəkillərə söykənmələrinə şahidlik edir.
Regional incəsənət və mədəniyyət sivilizasiyasının sərhədsiz olmasını fərz etsək, Azərbaycan Republikasının "Expo 2015" sərgisində incəsənəti onun bağlı olduğu dairəni gizlətməklə və tarixini təhrif etməklə təqdim etməsini qərəzsiz hesab etmək mümkün deyil. Xüsusilə də kitabın üzərinə yazılıbsa: "Heydər Əliyev Mərkəzi" tərəfindən çap edilmişdir.
Bu hadisə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) pavilyonunda Nəstələq xəttinin tanıdılması, Təbriz xalısının Azərbaycan və Türkmənistan pavilyonlarinda tanıdılması ilə yanaşı, İran İslam Respublikasının"Expo 2015" sərgisində ciddi iştirakı ilə məsullarının sükut etmələri daha çox düşündürücüdür.