Tarix : 2015 Nov 10
Kod 46810

Rusiya paytaxtında Avropa və Asiya Media forumu başlayıb

Avropa və Asiya Media forumunun təşkilatçısı “Rossiya Seqodnya” Beynəlxalq Media Qrupudur.
AranNews - Moskvada Avropa və Asiya Media forumu başlayıb.
forumun təşkilatçısı “Rossiya Seqodnya” Beynəlxalq Media Qrupudur.
Sayca səkkizinci dəfə keçirilən forumun mövzusu “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”dır.
Tədbirdə nüfuzlu media təşkilatlarının baş redaktorları və top-menecerləri, teleradio şirkətlərinin və internet portallarının rəhbərləri, media üzrə ekspertlər və 14 postsovet ölkəsinin məşhur jurnalistləri iştirak edirlər.
Tədbirin gündəliyinə müxtəlif siyasi və iqtisadi proseslər zamanı keçmiş Sovet İttifaqı ölkələrinin kütləvi informasiya vasitələsinin qarşılıqlı fəaliyyəti daxildir. Forum iştirakçıları media və hakimiyyət arasında dialoq, Avropaya inteqrasiya çərçivəsində qarşılıqlı informasiya fəaliyyəti strategiyasının hazırlanmasına diqqət yetiriblər. Həmçinin informasiya müharibəsi və onun nəticələri, informasiya kanalları vasitəsi ilə edilən təhdidlərlə mübarizə yollarının axtarılması barədə müzakirələr olunub.

  • Yazılıb
  • da (də) 2015 Nov 10
  • Göndərən مدير سايت Aran News