BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.
Arannews- BQXK əməkdaşları erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə noyabrın 5-də baş tutub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.
İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.