Arannews- İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, İran Suriya böhranının siyasi həlli üçün hər bir addımı dəstəkləyir.
Əli Şəmxani Tehranda keçirilən 21-ci Beynəlxalq Mətbuat Sərgisində söyləyib: İran İslam Respublikasının Suriya barədəki mövqeyi məlumdur və bu ölkənin problemləri siyasi yolla və müharibə və qan axıdılması olmadan aradan qaldırılmalıdır.