Tarix : 2015 Nov 11
Kod 46821

Bəhreyndə həbslər davam edir

Bəhreynli siyasi fəallara qarşı zalımcasına hökmlərin çıxarılmasının davam etməsi elə bir haldadır ki,...

Arannews- Ali-Xəlifə rejiminin ali məhkəməsi bəhreynli fəalların bir qrupunu saxta ittihamlarla 3 ildən on ilədək həbsə məhkum edibdir.

Bəhreyn anti-terror məhkəməsinin sədri Əhməd Əlhəmadi Ali-Xəlifə rejiminin repressiya siyasətlərinin davamında bu ölkənin altı fəalını on, iki digər fəalı isə üç il həbs cəzasına məhkum edib.
Həbs olunanlar 2014-cü ilin aprel ayında Manamanın qərbindəki Sar məntəqəsində baş vermiş çaxnaşmalarda iştirak günahı ilə mühakimə olunublar.
Digər bir xəbərə əsasən, Bəhreyn xalqı aksiya keçirərək, siyasi məhbusların, xüsusən bu ölkənin Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şexy Əli Salmanın azadlığa buraxılmalarını tələb edib.
Bu aksiya elə bir şəraitdə keçirilibdir ki, Bəhreynin təhlükəsizlik qüvvələri daim vətəndaşları təhdid etməkdə və patrul keçməkdə olublar və polis vertolyotları da şəhərlərin üzərində uçublar.
Bir neçə gündən sonra Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şexy Əli Salmanın mühakiməsi üzrə yeni iclasın keçiriləcəyi halda, BMT-nin qanunsuz həbslər üzrə işçi qrupu bildirib ki, onun həbsi İnsan Hüquqları Bəyannaməsi və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt ilə təzaddadır.
Bəhreynli siyasi fəallara qarşı zalımcasına hökmlərin çıxarılmasının davam etməsi elə bir haldadır ki, müxalif bəhreynli qruplar vurğulayırlar: Hazırda təqribən on min siyasi etirazçı Bəhreyndə hökm sürən rejimin məhbəslərində saxlanılır ki, onların 150 nəfəri ömürlük həbs cəzasına məhkum edilibdir.

  • Yazılıb
  • da (də) 2015 Nov 11
  • Göndərən مدير سايت Aran News