Qərb Əfqanıstandan bu terror ünsürlərinin digər məntəqələrə keçmələri üçün bir körpü kimi istifadə etmək niyyətindədir.
Arannews- Əfqanıstan Şiə Din Alimləri Şurasının İcra Komitəsinin üzvü bu ölkədə terror qruplarının peyda olmasına toxunaraq, deyib ki, həmin ölkənin şiə və sünni müsəlmanları ifratçı qruplarla müxalifdirlər.
Əfqanıstan Şiə Din Alimləri Şurasının İcra Komitəsinin üzvü və Dini Elmlər Hövzəsinin müəllimi Əli Təvəssoli bir müsahibədə deyib: Vəhhabilik Əfqanıstanın sünni əhli icmasına yaxınlaşmağa çox səy göstərməkdədir və Ərəbistan Kabildə vəhhabiliyin təlimi üzrə ən böyük mərkəzin təsisi üçün böyük sərmayə qoyubdur.
O, əlavə edib: Terrorçu İŞİD qrupu sünnilərlə şiələr arasında təfriqə salmaq üçün Qərb tərəfindən formalaşıb və Əfqanıstandan bu terror ünsürlərinin digər məntəqələrə keçmələri üçün bir körpü kimi istifadə etmək niyyətindədir.