Tarix : 2015 Nov 12
Kod 46823

İslam İnqilabının Böyük Rəhbəri yeni islam sivilizasiyasının yaradılmasında universitetlərin rolunun zəruriliyini vurğulayıblar

Həzrət Ayətullahülüzma Xamenei: "Universitetlərin bütün proqramları və hərəkət yolu yeni islam sivilizasiyasının yaradıcılığı istiqamətində olmalıdır."
 Arannews- İslam İnqilabının Böyük Rəhbəri yeni islam sivilizasiyasının yaradılmasında universitetlərin rolunun zəruriliyini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İranın universitetlər, təhsil ocaqları və müəssisələri, elm və texnologiya parkları və tədqiqat mərkəzlərinin rəhbərlərini qəbul ediblər. Görüşdə inkişaf və iqtidar vasitəsi olaraq elmin mövqeyinə toxunan İnqilab Rəhbəri əlavə ediblər: Universitet ölkənin gələcək müdirlərinin tərbiyə olunması üzrə önəmli mərkəzdir. 
Qərblilərin qərb təfəkkürü və həyat tərzinə uyğun olaraq universitetlər vasitəsi ilə müdirlərin yetişdirilməsi məqsədilə "3-cü dünya ölkələri" üçün proqramlarına toxunan İnqilab Rəhbəri əlavə ediblər: Onlar İranda bu planlarını icra etmək istiqamətində tələbələr arasında iranlı mentalitet, həmçinin dərin islam və dini təfəkkürünün genişlənməsi və dərinləşməsinə görə problemlə üzləşdilər. 
O həzrət həmçinin elmin yanlış yolda qərarlaşması nəticələrindən müstəmləkəçilik və atom bombasını iki tarixi nümunə adlandırıb və deyiblər: Radiodərmanların istehsalı üçün Tehran Reaktorunun yanacağının təmin olunması dövrü sona çatmaqda idi və qərblilər bu yanacağın təhvil verilməsi üçün alçaldıcı şərtlər irəli sürdülər. Lakin İranın istedadlı və mömin gəncləri gecə-gündüz səylə 20%-lik uranın istehsal etdilər və ölkənin ehtiyacını aradan qaldırdılar. 
Zənginləşdirmənin ondan da yuxarı 99%-ə qədər asanlıqla əldə olunmasının mümkünlüyünü qeyd edən İnqilab Rəhbəri deyiblər: Nüvə məsələsində qərblilərin əl-ayağa düşmələri həmin məsələ idi. Baxmayaraq əgər onlar Tehran reaktorunun yanacağını zamanında təhvil versəydilər, biz 20%-lik zənginləşdirmə ardınca getməzdik. 
Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Bu gün universitet və tələbə ən böyük məkrli planlara məruz qalır və ölkə düşmənləri inqilabçı ruhiyyəli tələbələrin səhnədə iştirakı, onların qırmızı xətlərini pozması, elm bayrağını yüksəltməsi və inqilab şüarlarını rövnəqli etmələrindən qorxurlar və bu hərəkətlə qarşılaşmaq üçün çoxlu proqramlar tənzimləyir və ağır xərclər ödəyirlər. 
Hazırkı dövrdə müstəmləkəçilik metodlarının dəyişilməsinə toxunan İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Hazırkı müstəmləkəçilər bir ölkənin aktiv, sayıq və ziyalı düşüncəsini elə bir formada dəyişmək ardıncadırlar ki, onların məqsədləri reallaşsın. 
Həzrət Ayətullahülüzma Xamenei universitetlər, ali təhsil ocaqları və elmi mərkəzlərin rəhbərlərini bu barədə dərin şəkildə düşünməyə çağırıb və bildiriblər: Universitetlərin bütün proqramları və hərəkət yolu yeni islam sivilizasiyasının yaradıcılığı istiqamətində olmalıdır.

  • Yazılıb
  • da (də) 2015 Nov 12
  • Göndərən مدير سايت Aran News