Tarix : 2015 Nov 12
Kod 46830

Kommersant qəzeti təhlil etdi: heç kim İlham Əliyevin yerini tuta bilməz

Rusiyanın "Kommersant" qəzeti Azərbaycanda keçirilən Parlament seçkiləri prosesini təhlil edərək yazır: "Azərbaycanda Qarabağ münaqişəsinin həllinin təxirə düşməsi kimi bir bombanın mövcudluğu ilə daxili sabitlik qorunmuşdur və hal-hazırda heç kim İlham Əliyevin yerini tuta bilməz".
AranNews - Kommersant qəzeti Azərbaycanda parlament seçkilərini yaxından müşahidə etmiş Maksim Yutsinin seçkilər prosesi barədə təhlilini dərc etmişdir. Müşahidəçi hər şeydən əvvəl ölkədə seçkilər astanasında sabitliyə və seçkilər təbliğatında nöqsanlara, namizədlərin plakatlarına toxunuraraq yazır: "125 seçki dairəsindən cəmi 60 nəfər siyasi fəal öz namizədlərini təqdim etmişdi və pulsuz efir vaxtından istifadə edə bilərdi. Amma müxalifət partiyalarının heç birinin belə fəaliyyətlərdən yararlanmaq haqqı yox idi. Halbuki, hakim Yeni Azərbaycan Partiyası bu hüquqlardan istifadə edə bilirdi. Əlbəttə, avropalı diplomatlardan biri Bakıda dedi ki, Əliyev dövləti məsələləri həddindən artıq ortaya çıxarmaqdan çəkindi. Çünki Azərbaycan Yaxın Şərqin digər ölkələri ilə müqayisədə sabit adadır və neftin qiymətinin kəskin aşağı düşməsinə görə bu ölkə çoxlu iqtisadi problemlərlə üzləşib".
Təhlilin davamında yazılır: "Fevral ayında milli valyutanın dəyəri endi və daxili qiymətlərin qalxdı. Ona görə də müxalifət seçki mübarizələrində ictimai məsələlərə təkid edə bildilər. Amma ölkənin rəsmi məqamları üçün bu xoşagəlməzdir və daxili sabitliyi qorumağa cəhd edirlər".
Qeyd edək ki, son seçkilərdə cəmi 15 partiyanın namizədləri iştirak edirdi və 757 namizəd 125 yer uğrunda rəqabət aparırdı.
Sabitsizlik yaradan amillərdən biri kimi 10 ildən çox Milli Təhlükəsizlik Nazirliyinin başçısı olmuş Eldar Mahmudov məsələsinə işarə etmək olar. Bunun ardınca 4 MTN genaralı tutduğu vəzifədən kənarlaşdırılmış, 7 nəfər həbs olunmuşdur. Onlar sahibkarlardan bac almaqda ittiham olunsalar da Kommersant qəzeti Moskvada məlumatlı qaynaqların Eldar Mahmudovun "MOSSAD"la yaxın əlaqədə olmasından və Rusiyanın Xəzər dənizindən balistik raketlərlə Suriyada ekstremislərin mövqelərini vuracağı məlumatını İsrailin ixtiyarında qoyması barədə xəbər verib.
Rusiyanın prezidenti Vladimr Putin Qazaxıstanda MDB ölkələrinin başcılarının sammitidə bu barədə Azərbaycan prezidenti ilə söhbət etdi və İlham Əliyev 18 oktyabrda öz ölkəsinə qayıtdıqdan sonra general Mahmudovu işdən kənarlaşdırdı. Azərbaycanda seçkilərdə mədəni müzakirələrə nəzarət heyətinin sədri Sergey Markovun fikrincə bu hadisə göstərir ki, iki ölkə başçıları arasında yaxşı və səmərəli müzakirə olmuşdur. Markovun dediyinə görə, Bakı və Moskva arasında xüsusi xidmət orqanlarının qarşılıqlı ideal əlaqələri olduğundan Mahmudov məsələsinin həlli və şübhələrin aradan qaldırılması çox önəmli idi.
O artırıb ki, qərbin Azərbaycana təzyiq etdiyi və seçkilərə irad tutduğu hazırkı durumda Rusiya Bakıya kömək etməyə hazırdır.
Müəllif bir sıra daxili siyasi ekspertlərin baxışlarına işarə edərək onların bəzilərinin bu seçkiləri adi və qeyri-demokratik adlandırmasını, bəzilərinin də İlham Əliyevin ölkədə sevildiyinə görə ictimai problemlərin həll olunmasını düşündüklərini qeyd edib.
Avropalı diplomatlardan biri bu məqalənin müəllifinə deyib ki, Azərbaycanın durumu daha çox demokratiyaya əməl edən ökələrdən (Gürcüstan, Ukrayna və Moldova) daha yaxşıdır. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həllinin təxirə düşməsi kimi bir bombanın mövcudluğu ilə daxili sabitlik qorunmuşdur və hal-hazırda heç kim İlham Əliyevin yerini tuta bilməz.
  • Yazılıb
  • da (də) 2015 Nov 12
  • Göndərən مدير سايت Aran News