Tarix : 2015 Nov 13
Kod 46831

Minsk qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar

Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə vaxtı uzadır
Arannews- "Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönümlü institutla üzbəüz qalır". 
Bunu Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.
O, Minsk qrupunun işini olduqca mənfi qiymətləndirir:"Minsk qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən beynəlxalq hüquq normaları baxımından nəzərdən keçirməlidirlər".
A.Qriqoriu güman edir ki, Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə vaxtı uzadır".

  • Yazılıb
  • da (də) 2015 Nov 13
  • Göndərən مدير سايت Aran News