Tarix : 2015 Nov 13
Kod 46832

Human Rights Watch: "Azərbaycan Respublikasina təzyiqi saxlamaq lazımdir"

Leyla və Azərbaycanda qanunsuz həbsə atılmış digərləri...
Arannews- «Azərbaycanda hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılması bu ölkədə insan haqlarından xoş bir xəbər verdi. Əlbəttə, bu xəbərin sevincini azaldan odur ki, Arif heç əvvəldən həbsə atılmamalıydı, 15 aydan artıq bir müddəti Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirməməliydi. Həyat yoldaşı, ölkənin tanınmış insan haqları müdafiəçilərindən olan Leyla Yunus da həmçinin. İkisi də ciddi, xroniki xəstəliklərdən əziyyət çəkir, onlara təcili tibbi yardım lazımdır».
Bunu «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Avropa və Orta Asiya bölməsinin təbliğat direktoru Veronika Szente Goldston yazır.
«Gəlin, hələlik, Leyla və Azərbaycanda qanunsuz həbsə atılmış digərləri buraxılanadək şənlik etməyək. Onlar İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, Rauf Mirqədirovdur, – siyahı uzandıqca uzanır. Hamısına qarşı ittihamlar ləğv edilməli, fəaliyyətlərini maneəsiz davam etdirməyə imkan verilməlidir».
«Nə qədər natamam və qeyri-qənaətbəxş olsa da, Arifin həbsxanadan ev dustaqlığına buraxılması Azərbaycanın beynəlxalq tərəfdaşları üçün vacib fürsətdir. Bu nəfəsliyi göydə qapmaq, diplomatik vasitələrdən yararlanaraq bütün işlər həll olunanadək Bakıya təzyiqi saxlamaq lazımdır».


  • Yazılıb
  • da (də) 2015 Nov 13
  • Göndərən مدير سايت Aran News