Azərbaycan Respublikasinin 6 rayonunun işğaldan azad olunması üzrə müzakirələr bir neçə mərhələdə nəticəyə çatacaq.
Arannews- Azərbaycan Respublikasında siyasi ekspert deyib: İşğal olunmuş Qarabağın bir hissəsinin azad olunması mümkündür.
Qabil Hüseynli deyib: Ermənilər işğal olunmuş Qarabağın azad olunması üzrə danışıqlarda cığallıq edirlər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərinə münasibət bildirən Hüseynlinin sözlərinə görə, Lavrovun səfəri və Ermənistan rəsmiləri ilə görüşü işğal olunmuş Azərbaycan ərazilərinin bir hissəsinin azad olunmasına şəraitin yaradılması istiqamətində idi.
Qabil Hüseynli bu səfərin əhəmiyyətinə toxunub: Görünür Azərbaycanın 6 rayonunun işğaldan azad olunması üzrə müzakirələr bir neçə mərhələdə nəticəyə çatacaq.